Tarixdə bu gün: /25.01.1992/ Daşaltı əməliyyatı
Daşaltı əməliyyatı Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni şovinistlərindən azad edilməsi məqsədilə 1992-ci il yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatmışdır. Bu əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev rəhbərlik edirdi.
Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.
Qruplar arasında rabitə əlaqəsinin olmaması, taktiki səhvlər, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.
Rəsmi məlumatlara görə, bu əməliyyatda Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.
Paylaş