• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Korrupsiya halları insan haqlarına ziddir” mövzusunda maarifləndirici tədbir keçirilib. / 16 Fevral, 2024

Tədbirdə Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Dr.Rəxşəndə Bayramova və kompleksin 30-dək əməkdaşı iştirak etmişdir. İlk olaraq çıxış edən Kompleksin direktoru Rəxşəndə Bayramova bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açmış, cəmiyyət olaraq bu və ya digər formada korrupsiya hallarına qarşı birgə mübarizə aparmalı olduğumuzu vurğulamışdır. Daha sonra çıxış edən Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək, rüşvətxorluğa şərait yaradan halların qarşısının alınması məqsədilə islahatlar aparıldığını qeyd etmişdir. O eyni zamanda bildirmişdir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 4 aprel 2022-ci il tarixli Sərəncam ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün “Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planının bu istiqamətdə əsas hədəfləri dövlət strukturunda idarəetmə mexanizmlərinin inkişafı, özəl sektorda beynəlxalq standartlar çərçivəsində anti-korrupsiya mühitinin formalaşdırılması, qanunvericilik bazasının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin təmin edilməsidir. Həmçinin “Milli Fəaliyyət Planı” ayrı-ayrı fəaliyyət istiqamətli qurumları korrupsiyaya qarşı mübarizə üsullarını birləşdirməyə xidmət edir.

Sonda Kompleks əməkdaşlarını maraqlandıran sullar ətrafında fikir mübadiləsi aparılmışdır.

Paylaş

Spread the love