• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Xaçmaz və Quba rayon komitələrinin təşkilatçılığı ilə “31 Mart-Azərbaycanlıların Soyqırımı Günüdür” adlı tədbir keçirilib. / 27 Mart, 2024

Tədbirdə Kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova çıxış edərək ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımlar, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini söylədi. Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirdi. Daha sonra çıxış edən MİHİ Quba rayon komitəsinin sədri Məhərrəm Hacıyev və MİHİ Xaçmaz rayon komitəsinin sədri Qərib Umudov 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni daşnaklarının qanlı qırğınlar törətdiklərini və soyqırımı nəticəsində minlərlə azərbaycanlının qətlə yetirildiyini vurğuladılar.
Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən kitab və bukletlər təqdim edildi.

Paylaş

Spread the love