• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” Quba rayon Təhsil şöbəsi ilə birgə keçiriləcək silsilə tədbirlər planına əsasən 06 mart 2018-ci il tarixində Quba şəhər Zaur Cəfərov adına 3 N-li tam orta məktəbində kompleksin əməkdaşları tərəfindən seminar təşkil edilmişdir. Kompleksin əməkdaşları L.Beybutova, A.Ağamirzəyeva, O.Orucov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən şagirdlərlə maarifləndirici söhbətlər aparmış və sonda şagirdlərə soyqırımla bağlı xüsusi bukletlər paylanılmışdır. / 6 Mart, 2018

 

Paylaş

Spread the love