• office@soyqirim.az
  • (023)335-37-07
"Əniq kənd məscidi"

Əniq kənd məscidi Qusarın eyniadlı kəndinin mərkəzində, onun nisbətən qədim hissəsində, hündür təpədə yerləşir. İbadətgaha “Mahalın Tacı” və ya “Tac Mahal” da deyirlər. Bunun səbəbi isə ibadət evinin Hindistandakı Tac Mahal məscidinə bənzəməsidir. İbadət evi Şeyx Abumüslümün vəsaiti hesabına, hicri-qəməri təqvimi ilə 1330-cu (1911) ildə inşa olunub. Bu məlumat məscidin mehrabının üstündəki divarında ərəb hərfləri ilə həkk olunub.
İbadətgah düzbucaqlı formadadır və çay daşlarından inşa olunmuşdur. Məscid geniş ibadət zalından ibarətdir. İbadət evinin divarları müxtəlif rəngli rəsmlər və naxışlı kompozisiyalarla bəzədilib. Bu rəsmlər yenilənməsə də, ilkin görünüşünü itirməyib. Rəsmlər təbii bitki köklərindən əldə edilən boyalarla çəkilib. İbadətgahın bir böyük və onu əhatə edən dörd balaca günbəzi var. Günbəz xaricdən naxışlı metalla örtülmüş, içəridən isə bəzəkli taxtalarla işlənmişdir.
Ehtimal edilir ki, bu məscid 300 yaşlı köhnə məscid binasının yerində inşa olunmuşdur.

 

Paylaş

Spread the love