• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları L.Beybutova, A. Turabov, İ. Aslanov, O.Orucov 07 mart 2018-ci il tarixində Quba şəhər Hikmət Hüseynov adina 4 N-li tam orta məktəbində “Tarixi həqiqətlər” adlı vətənpərvərlik mövzusunda şagirdlərlə maarifləndirici söhbətlər aparmışlar. Giriş sözü ilə çıxış edən məktəbin direktoru Xanımsona Quliyeva vətənpərvərlik mövzusunda təşkil olunan tədbirlərin əhəmiyyətindən danışaraq, Kompleksin təşkil etdiyi bu layihənin tədqirəlayiq olduğunu vurğuladı. Kompleksin bələdçisi İslam Aslanov şagirdlərin soyqırımla bağlı maraqlandıqları sualları cavablayaraq, hadisələr haqqında ətraflı məlumat verdi. Bu mövzu ilə əlaqədar məktəbin IX sinif şagirdi Cəfərova Fərqanə, X sinif şagirdi Tural Əliyev daha fəal iştirak etdilər. Tədbirin sonunda Kompleksin əməkdaşları tərəfindən şagirdlərə xüsusi bukletlər təqdim olundu. / 7 Mart, 2018

Paylaş

Spread the love