• office@soyqirim.az
  • (023)335-37-07
"Əshabi - Kəhf"

Əshabi-Kəhf ziyarətgahı Naxçıvan şəhərindən, təqribən 12 km aralıda – Culfa rayonunda Haçadağ və Nəhəcir dağları arasında, dəniz səviyyəsindən 1665 metr yüksəklikdə ərazidə yerləşir. Aparılan tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən “Əshabi-Kəhf” mağarası məhz Naxçıvandadır.
“Əshabi-Kəhf” adı ərəb dilindən götürülmüşdür. Belə ki, “əshab” “yeniyetmə cavan oğlanlar” , “kəhf” isə “mağara, sığınacaq yeri” mənasına gəlir. “Əshabi-Kəhf” təkcə ziyarətgah yox, həmçinin Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Ziyarətgah “Yeddi kimsənə”, “Cənnət bağı”, “Qara daş”, “Damcıxana”, Məscid kimi bir neçə hissədən ibarətdir.
Ulu öndər Heydər Əliyevin tapşırığı əsasında ziyarətgahda abadlıq-bərpa işləri aparılmışdır. Ziyarətgahın girişində “Əshabi-Kəhf ziyarətgahında bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür” haqda məlumat verən kitabə yerləşdirilmişdir.

Paylaş

Spread the love