• office@soyqirim.az
  • (023)335-37-07
Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqappor Qırğızbəyov, Özbəkistan- Azərbaycan dostluq cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Vüqar Mirzəyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının direktoru Yusif Alıyev Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər. / 4 May, 2024
Ziyarətçilərə Erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımların həyata keçirilməsindən danışılmış, 1918-ci ildə törədimiş soyqırımı zamanı 50 mindən çox günahsız sakinin qətlə yetirildiyi bildirilmişdir.
Sonda ziyarətçilərə soyqırımı həqiqətlərini özündə əks etdirən bukletlər təqdim olunub.

Paylaş

Spread the love