• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü ilə növbəti tədbir 10.03.2018-ci il tarixdə Quba rayon İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində keçirildi. Kompleksin Elmi Araşdırmalar, ekspozisiyası və fond şöbəsinin müdiri Lətafət Beybutova, bələdçisi Aygün Ağamirzəyeva, mütəxəssis Aysu Bülbülzadə, zal nəzarətçisi Xəyal Nuhbalayev, foto – video kompyuter mütəxəssisi Oqtay Orucovun iştirakı ilə keçirilən “31 Mart tarixin unudulmaz səhifəsidir” adlı tədbirdə məktəbin müəllim və şagird heyəti ilə geniş fikir mübadiləsi aparılmışdır. Vətənpərvərlik ruhunda çıxış edən Kompleksin əməkdaşları qeyd etdilər ki, xalqımızın başına gələn müsibətləri unutmamaq, tariximizi gələcək nəsillərə ötürmək hər bir Azərbaycan vətəndaşının borcudur. Tədbirin sonunda Kompleksin əməkdaşları tərəfindən şagirdlərə 16 adda Soyqırım hadisələrini özündə əks etdirən bukletlər təqdim olundu. / 10 Mart, 2018

Paylaş

Spread the love