08.03.2018-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Sənət, Kültür, Elm və Ədəbiyyat Federasiyasının (ASKEF) üzvləri Quba şəhərində ”Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Kompleksin direktoru Rəxşəndə Bayramova ASKEF üzvlərinə 1918-ci ildə bolşevik adı altında erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdiyi kütləvi soyqırım barədə geniş məlumat verdi. Ziyarət zamanı ASKEF-in üzvləri şanlı tariximizlə yanaşı, ermənilərin törətdikləri vəhşiliklərindən söhbət açmışlar. ASKEF-in rəhbəri Savaş Ünal erməni vəhşiliklərinə diqqət çəkərək bu soyqırımın bütün dünyada tanınmasının vacibliyini vurğulayıb. Hər bir azərbaycanlı şərəfli tariximizlə yanaşı, qanlı səhifələri, keşməkeşli günləri dünyaya çatdırılmasına çalışmalı və bu sahədə əlindən gələn köməkliyi əsirgəməməlidir. / 8 Mart, 2018
Paylaş