• office@soyqirim.az
  • (023)335-37-07
15 İyun Qurtuluş Günü ilə əlaqədar olaraq Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə tədbir keçirilib. / 14 İyun, 2024

Tədbiri giriş sözü ilə açan Kompleksin direktor müavini Mehriban Əliyeva çıxış edərək bildirmişdir ki, hər il böyük fəxarət hissi ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyunu xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Məhz həmin tarixdən etibarən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilas tarixi başlanır. Ulu Öndər Heydər Əliyevin iyun aynın 15-də yenidən siyasi hakimiyyətə qayıtması Azərbaycanın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur.
Daha sonra çıxış edənlər qeyd ediblər ki, , ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib və ölkəni gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevirdi. Dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil, güclü dövlətə çevrilib və bu siyasət Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Paylaş

Spread the love