• office@soyqirim.az
  • (023)335-37-07
S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Azərbaycanda elm və təhsilə şagird baxışı" mövzusunda IV şagird respublika elmi-praktik konfransı keçirilib. / 20 İyun, 2024

Konfransda Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları da iştirak ediblər. Çıxış edən natiqlər 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu, bununla əlaqədar gimnaziyada bir sıra əhəmiyyətli yarışların, müsabiqələrin keçirildiyini və hazırda keçirilən “Azərbaycanda elm və təhsilə şagird baxışı” mövzusunda IV şagird respublika elmi-praktik konfransının bu tədbirlər sırasında önəmli yer tutduğunu bildiriblər. Konfrans daha sonra öz işini “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Riyaziyyat”, “Fizika və astronomiya”, “Kimya-biologiya”, “Rəqəmsal bacarıqlar, STEAM”, “Coğrafiya”, “Estetik və fiziki tərbiyə”, “Xarici dillər” bölmələrində davam etdirib.

Qeyd edək ki, konfransın təşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birbaşa tabeliyində olan S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, ETN akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Quba şəhərinda “Soyqırımı Memorial Kompleksi”, Azərbaycan Respublikasının Təhsil İnstitutu və AMEA-nın Şəki Regional Elmi Mərkəzidir.

Paylaş

Spread the love