• office@soyqirim.az
  • (023)335-37-07
Ege Universiteti, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Qobustan Milli Tarix-Bədii Qoruğu, Lənkəran Regional Elmi Mərkəzi, Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutu, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı və Azərbaycan Dövlət Gömrük Akademiyasının birgə təşkilatçılığı ilə 17 oktyabr tarixində Beynəlxalq Türkiyə-Rusiya Əlaqələri Simpoziumu başlayıb . Bu elmi tədbir iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, elmi və mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyır. Qeyd edək ki, simpozium 3 gün davam edəcək. / 17 Oktyabr, 2024

Simpoziumda Türkiyə və Azərbaycanın akademik dairələrinin tanınmış alim və tədqiqatçıları iştirak edərək tarixi, siyasi, iqtisadi və mədəni əlaqələrə dair aktual mövzular üzrə məruzələrlə çıxış ediblər.

Simpoziumun açılış mərasimində çıxış edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Dr. Rəxşəndə Bayramova tədbir iştirakçılarını salamlayaraq təşkil olunan simpoziumun əhəmiyyəti, Türkiyə-Rusiya əlaqələrinin tarixi fonunda regional təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi inkişaf məsələləri haqqında söz açmışdır. Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə dayanan dostluq və qardaşlıq münasibətlərindən bəhs edən tarixçi-alim bu münasibətlərin xüsusilə də iki ölkə arasında tarixi ədalətin bərpası və birgə keçmişimizin qorunmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Dr. Bayramova həmçinin Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” kimi tarixi abidələrin hər iki xalqın yaddaşında xüsusi yer tutduğunu və bu kimi simpoziumların tarixi faktların geniş ictimaiyyətə çatdırılması baxımından mühüm olduğunu qeyd edib.

Simpoziumda həmçinin iki ölkənin strateji tərəfdaşlığı, mədəni mübadilələr və ortaq elmi tədqiqatların gələcək perspektivləri də ön plana çəkilib.

Paylaş

Spread the love