• office@soyqirim.az
  • (023)335-37-07
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Quba Regional Mərkəzi, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Nardaran Tarix Mədəniyyət Qoruğu, və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə “Korrupsiyaya yox deyək” mövzusunda vebinar keçirilmişdir. / 25 Oktyabr, 2024
Maarifləndirlmə məqsədilə təşkil olunmuş vebinarda Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev iştirakçıları salamladıqdan sonra mövzu ilə bağlı çıxış etmişdir. O, çıxışında korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biri olması, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaratması və bu təhlükənin insanların hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarmasını bildirmişdir.
Daha sonra çıxış edən Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova, Nardaran Tarix Mədəniyyət Qoruğunun direktoru Ələmdar Qasımov və Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurduğunu, Korrupsiya hallarının dürüstlük, ədalət dəyərlərinə zidd olması və zamanla sosial inamın azaldığını bildirmişlər.
Sonda yaranmış suallar ətrafında fikir mübadiləsi aparılmışdır.

Paylaş

Spread the love