Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı sosial layihə çərçivəsində 25 oktyabr 2024-cü il tarixdə Quba-Bakı magistral avtomobil yolunun Quba rayonunun ərazisindən keçən hissəsinin kənarında növbəti ağacəkmə aksiyası keçirilmişdir. / 25 Oktyabr, 2024
Aksiyada Soyqırımı Kompleksinin əməkdaşları yerli iqlim şəraitinə uyğun ağac tingləri əkmişlər. Qeyd edək ki, növbəti günlərdə də ağacəkmə aksiyalarının keçirilməsi nəzərdə tutulur.
Paylaş