• office@soyqirim.az
  • (023)335-37-07
"Korrupsiyaya Qarşı Mübarizə: Şəffaflıq və Ədalət Yolunda Birgə Addımlar" / 30 Oktyabr, 2024

 

30 oktyabr 2024-cü il tarixində Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə “Korrupsiyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir. Tədbir zamanı korrupsiyanın cəmiyyətə mənfi təsirləri, bu problemin qarşısının alınması yolları və hüquqi islahatların əhəmiyyəti müzakirə olunmuşdur.
Quba MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Məmmədova öz çıxışında korrupsiyanın dövlət idarəçiliyi və sosial ədalətə zərbə vurduğunu bildirərək, onun qarşısının alınması üçün hər bir fərdin məsuliyyət daşıdığını vurğulamışdır. Daha sonra Kompleksin direktor müavini Mehriban Əliyeva cəmiyyətdə şəffaflığın artırılmasının və hüquq-mühafizə orqanları ilə əməkdaşlığın gücləndirilməsinin korrupsiyaya qarşı mübarizədə əsas olduğunu qeyd etmişdir.
Digər çıxışçılar da korrupsiyanın iqtisadi inkişafı ləngitməsi, sosial ədalətsizliyə səbəb olması və dövlət resurslarının səmərəsiz istifadəsi kimi aspektlərə toxunaraq bu problemin həllində vətəndaş cəmiyyətinin və gənclərin aktiv iştirakının əhəmiyyətini vurğulamışlar.

Paylaş

Spread the love