Layihə çərçivəsində sərgidə iştirak edən şagirdlərə kompleksin bələdçiləri tərəfindən həmin tarixi abidələr haqqında ətraflı məlumatlar verilib. 1500-dən çox şagirdin maarifləndiyi sərginin məqsədi mədəni irsimizin qorunması, Vətən müharibəsi sonrası Qarabağın yenidənqurma prosesinə gənclərin diqqətinin cəlb edilməsi, gənc nəsildə milli ruhun yüksəldilməsi və onların tarixi həqiqətlərlə tanış olmalarına vəsilə olmaqdır. Qeyd edək ki, ümumtəhsil məktəblərində təşkil olunan sərgi 20 oktyabr tarixindən 7 noyabr tarixinədək davam etmişdir.