• office@soyqirim.az
  • (023)335-37-07
“Ümummilli Lider Heydər Əliyevin Siyasi Baxışlarında Qafqaz Regiounu” mövzusunda vebinar keçirilmişdir. / 5 Dekabr, 2024
12 Dekabr xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bu münasibətlə 05.12.2024-cü il tarixində kompleksdə “Ümummilli Lider Heydər Əliyevin Siyasi Baxışlarında Qafqaz Regiounu” mövzusunda vebinar keçirilmişdir. İlk olaraq dahi öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
30-a yaxın əməkdaşın iştirak etdiyi vebinarda çıxış edən kompleksin direktoru Dr.Rəxşəndə Bayramova Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olduğunu bildirmiş, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yer tutduğunu vurğulamışdır. Vebinarda iştirak edən AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə öz çıxışında Heydər Əliyevin siyasi baxışlarında Qafqaz regionunun mühüm yer tutduğunu, Qafqazın strateji əhəmiyyətini və bu regionun Azərbaycanın milli maraqları üçün vacibliyini qeyd etmişdir. O bildirmişdir ki, dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzindəki fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur.
Sonda vebinar iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılmışdır.

Paylaş

Spread the love