• office@soyqirim.az
  • (023)335-37-07
“İCMA, MƏDƏNİYYƏT VƏ ELMİ ƏMƏKDAŞLIQ" GƏNC ETNOQRAFLARIN I RESPUBLİKA FORUMU / 7 Fevral, 2025

  “İCMA, MƏDƏNİYYƏT VƏ ELMİ ƏMƏKDAŞLIQ”

GƏNC ETNOQRAFLARIN I RESPUBLİKA FORUMU

Elmi məqalələr və İncəsənət əsərləri bir arada!

5-6 iyun 2025-ci il tarixlərində Quba şəhərində “İcma, Mədəniyyət və Elmi Əməkdaşlıq” mövzusunda Gənc Etnoqrafların I Respublika Forumu keçiriləcək.

Etnoqraf, tarix üzrə fəlsəfə doktoru Günay Çapay qızı Həsənovanın təşəbbüsü və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə baş tutacaq forumun əsas məqsədi yerli icmaların milli-mədəni və mənəvi irsini tanıtmaq, mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, gənc etnoqrafların elmi-tədqiqat yaradıcılıqlarında stimullaşdırıcı imkanlar yaratmaqdır.

Forum çərçivəsində incəsənət nümayəndələrinin (peşəkar və həvəskar rəssam, qrafik dizayner, heykəltəraş və s.)  yerli icmaların mədəni və mənəvi irsinə həsr olunmuş incəsənət nümunələri (rəsm əsəri, poster, heykəltəraşlıq və s.) də nümayiş olunacaq.

Formun istiqamətləri:

  • Tarix
  • Etnoqrafiya
  • Arxeologiya
  • Mədəniyyət
  • Tarixi abidələr
  • Toponomika
  • Mifologiya
  • Coğrafiya
  • Etnoturizm

Azərbaycanın şimal-şərq bölgəsinə aid məqalələrə üstünlük verilir.

Əlaqəli tarixlər:

İştirakçılar üçün qeydiyyat linkinin açılması: 01.02.2025

Məqalələrin və incəsənət nümunələrinin qəbulu üçün son tarix: 01.05.2025

Qəbul olunmuş məqalələrin, incəsənət nümunələrinin elanı üçün son tarix: 11.05.2025

Konfransın proqramının elan olunması: 21.05.2025

Forumda kimlər iştirak edə bilər?

  • Konfransın mövzularına uyğun tədqiqat sahəsində araşdırma aparan və ya çalışan gənc tədqiqatçılar
  • Muzey və qoruq əməkdaşları
  • Ali təhsil müəssisələrinin tələbələri
  • İncəsənət sahəsi üzrə mütəxəsisslər
  • Rəssamlar
  • Qrafik dizaynerlər
  • Milli geyim mütəxəssisləri

Konfransda iştirak etməyən şəxslərə sertifikat verilməyəcək və onların məqaləsi çap olunmayacaq.Konfransın formatı-əyani və onlayn

Konfransın işçi dilləri-Azərbaycan, ingilis, rus

Konfransda elmi məqalələr üçün qoyulan tələblər

Kağız ölçüsü                                       – A4

Şrift                                                    – Times New Roman

Şrift ölşüsü                                         – 12 pt

Sətirlərarası interval                            – 1,15 sm

Abzas                                                           – 1,25 sm

Hər tərəfdən boş sahə                         – 2sm

Mövzunun adı                                    – ortadan, böyük hərflərlə, qalın şriftlə

Müəllifin adı, soyadı, ata adı               – ortadan, qalın şriftlə

İş yeri (təhsil müəssisəsi), şəhər, ölkə  – ortadan, kursivlə

E-poçt ünvanı                                     – ortadan, kursivlə

Orcid kodu                                                – ortadan, kursivlə

Açar sözlər (5-7 söz)                          – Azərbaycan, ingilis və rus dillərində

Xülasə (80-100 söz)                           – məqalənin yazıldığı dildən başqa iki dildə

Həcmi                                                         – 3-7 səhifə

Mətn bölünməlidir                              – giriş, əsas hissə, müzakirə, nəticə

Ədəbiyyata istinadlar                          – kvadrat mötərizədə Məs: [1. s.56]

Ədəbiyyat siyahısı                               – əlifba sırası ilə

Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidır.

Hər müəllifdən yalnız bir məqalə qəbul ediləcək (tək vəya həmmüəllif olmaqla)

Elmi dərəcəsi olmayan müəlliflərin məqalələrinə elmi rəhbərin və ya aidiyyəti sahə üzrə müəllimin rəyi əlavə edilməlidir. Bu rəy ayrı bir səhifədə təqdim olunmalı, elmi rəhbərin və ya müəllimin əlaqə vasitələri və iş yeri haqqında məlumatlar qeyd edilməlidir.

Göndərilən məqalələr antiplagiat sistemində yoxlanıldıqdan sonra Konfrans materialları toplusunda dərc olunacaq.

Göstərilən tələblərə cavab verməyən məqalələr, eləcə də incəsənət nümunələri qəbul olunmayaraq çap edilməyəcək.

Məqaləyə və incəsənət nümunələrinə görə müəlliflər məsuliyyət daşıyır.

Məqalə və incəsənət nümunələrinizi ethno.studies24@gmail.com ünvanına göndərə bilərsiniz.

Konfransda incəsənət əsərləri ilə bağlı tələblər:
İncəsənət əsərləri elektron formatda göndərilməlidir. Seçilmiş əsərlərin müəllifləri onları forumda şəxsən təqdim etməlidirlər.

Rəsm əsərləri üçün tələb olunan ölçü: Albom format, 90×60; 65×45.

İştirakçılar üçün qeydiyyat keçidi: https://forms.gle/XprinuBdLAVLVQGL7

Gənc tədqiqatçılar və incəsənət nümayəndələri, bu möhtəşəm fürsəti qaçırmayın! Gələcəyin elmi və mədəni əməkdaşlıq platformasında siz də iştirak edin! ✨

Təşkilat Komitəsi:

  • Dr. Rəxşəndə Bayramova 

Quba şəhərində  “Soyqırımı Memorial Kompleksi”, direktor

  • Dr. Günay Həsənova

Qərbi Kaspi Universiteti, müəllim

  • Dr. Aysel Şeydayeva

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini

  • Həsən Əliyev

“Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu, direktor

  • Xəyal Nuhbalayev

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

  • Namiq Bağırlı

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

  • Abutalib Turabov

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Mütəxəssislər:

Prof., Fəzail Vəliyev, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunu, baş elmi işçi
Prof., Vəfa Mahmudova, Qərbi Kaspi Universiteti, Siyasi və İctimai Elmlər Məktəbi, dekan
T.ü.f.d., İradə Əliyeva AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, aparıcı elmi işçi
Dos., Gülzadə Abdulova (Axundova), Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fondu, müdir
P.ü.f.d., Yeganə Eyvazova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu, Muzeyşünaslıq kafedrası, müdir
T.ü.fd., Məleykə Əlizadə, Qərbi Kaspi Universitetinin Tarix kafedrası, müdir
Dos., Sübhan Talıblı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, aparıcı elmi işçi
T.ü.f.d. dos. Elnur Kəlbizadə
T.ü.f.d., Aygün Qədirova, Mingəçevir Dövlət Universiteti, baş müəllim,
T.ü.f.d. Qəhrəman Ağayev, Arxeologiya və Etnoqrafiya İnstitutu, aparıcı elmi işçi
T.ü.f.d, Sevil Bəhramova, Azərbaycan Dövlət Pedaqoji Universiteti, baş müəllim
Səba Hüseynova, Azərbaycan Dövlət Pedaqoji Universiteti, müəllim
Aytən Əsədova, Sumqayıt Dövlət Universiteti, baş müəllim
T.ü.f.d, Təhminə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Quba filialı, müəllim
Dos., Sevinc Nəsirova, Milli Azərbaycan Tarixi Muzeyi, elmi katib
T.ü.f.d., Salman İbişov, Qərbi Kaspi Universiteti, müəllim
T.ü.f.d., Laçın Mustafayev, Milli Azərbaycan Tarixi Muzeyi, böyük elmi işçi
T.ü.f.d., Arif Əlizadə, Qərbi Kaspi Universiteti, müəllim
Doktorant, Zümrüd Nuriyeva, Qərbi Kaspi Universiteti, müəllim

Redaksiya heyəti:

T.ü.f.d., Günay Həsənova
T.ü.f.d., Aygün Qədirova
Doktorant, Zümrüd Nuriyeva
Səma Əliyeva

Əlavə suallarla bağlı aşağıdakı əlaqə vasitələrdən istifadə oluna bilər:

Koordinatorlar:

Dos., Sübhan Talıblı (+994 50) 256-04-86

Zümrüd Nuriyeva  (+994 50) 583-23-58;

Elmi məsləhət şöbəsi: (+994 70) 355-01-82

Tədbirlə bağlı təşkilati məsələlər üzrə əlaqələndirici şəxs:

Xəyal Nuhbalayev  (+994 55) 885-00-36

Paylaş

Spread the love