• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin təşəbbüsü ilə 07-12 mart 2025-ci il tarixlərində "Tarixi həqiqətləri unutmayaq" mövzusunda silsilə vebinarlar təşkil edilib. Layihənin məqsədi 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin şahid ifadələri əsasında araşdırılması və tarixi faktların ictimaiyyətə çatdırılmasıdır. / 12 Mart, 2025
Üç hissədən ibarət vebinarların hər birində Quba, Şamaxı, Bakı, Qarabağ, Cavad, Lənkəran və Zəngəzur qəzalarında baş vermiş soyqırımı hadisələri müzakirə edilib. Britaniya jurnalistlərinin qeydləri və Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında aparılan elmi təhlillər təqdim olunub.
Silsilə keçirilən vebinarlarda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində olan qoruqların 100-ə yaxın əməkdaşı iştirak edib.

Paylaş

Spread the love