Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin əməkdaşları ətraf mühitin mühafizəsi və təmizliyin təşkili məqsədilə iməclik kampaniyası təşkil ediblər. Martın 17-də keçirilən kampaniya Quba rayonunun Digah kəndində, yerli müqavimət hərəkatının baş verdiyi Qanlı Dərə ərazisində təşkil olunub. Kampaniya çərçivəsində ərazi tullantılardan təmizlənərək kənarlaşdırılıb. Cari ildə Kompleks əməkdaşları tərəfindən bu kimi kampaniyaların mütəmadi keçirilməsi planlaşdırılır. / 17 Mart, 2025
Paylaş