• office@soyqirim.az
  • (023)335-37-07
"Luvr muzeyi"

Luvr muzeyi dünyanın ən məşhur və ən böyük incəsənət muzeylərindən biridir. Parisin mərkəzində, Sena çayının sağ sahilində yerləşir. Luvr əvvəlcə 1190-cı ildə Fransa kralı II Filipp tərəfindən qala kimi tikilmişdir. Onun məqsədi şimaldan gələn hücumlardan qorumaq idi. Sonradan XIV Lüdoviq Versal sarayına köçdükdən sonra bina əsasən incəsənət kolleksiyalarının saxlanması üçün istifadə olunmağa başlanmışdır.
Muzey 1793-cü ildə açılıb. Həmin il Fransa burjua inqilabının nəticəsi olaraq Burbonlar sülaləsindən kral XVI Lüdoviq devirilərək edam edilib. Kralın Parisdəki gözəgəlimli saray binalarından birində muzey təşkil olunması barədə qərar verilib. Luvr sarayının binası XII əsrdə inşa edilib. Bir müddət qala və həbsxana kimi istifadə olunub. XV-XVI əsrlərdən etibarən Fransa krallarının nadir incəsənət kolleksiyalarının saxlanc yerinə çevrilir. Muzey geniş ictimaiyyət üçün açılmış və o dünya incəsənətinin ən əhəmiyyətli əsərlərinin sərgiləndiyi mərkəzlərdən biri olub. Rəsmi olaraq muzey kimi fəaliyyətini davam etdirən Luvr Muzeyində 35.000-dən çox incəsənət əsərləri var idi. Luvr sarayında Kariatid salonu və Apollon qalereyası daha maraqlıdır. Sarayın Lesko hissəsinə birləşən Kriatid salonu (XVIəsr) Luvrun ən qədim salonu hesab edilir. Dahiynə qadın fiqurları yüksək sənətkarlığın inkişafından xəbər verir, qadın cazibədarlığı və gözəlliyinin cizgiləri ustalıqla tərənnüm edilir.
Muzeydəki rəsm nümunələri öz çəkilmə dövrlərinə görə seçilir. Burada çoxlu sayda kralllara aid olan, onların şəxsi əşyalarından ibarət olan dəyərli kolleksiya nümunələri, həmçinin Fransada müxtəlif kolleksiya yığan insanların vaxtı ilə şəxsi pulları vasitəsilə aldıqları çoxsaylı əsərlər də saxlanılır. Bundan əlavə İntibah dövrü ərzində sonsuz sayda heykəllər və mülklərə daxil olan əşyalar da Muzeyə gətirilib.
Appollon qalereyası XVII əsr saray həyatını əks etdirir, 1661-ci ildə baş vermiş yanğndan sonra qalereya Levo tərəfindən bərpa edilmiş, daxili hissəsinin qaydaya salınması isə saray rəssamı, düvrünün tanınmış ustası Şarl Lebren tərəfindən həyata keçirilmişdir.
Hazırda Luvr kolleksiyalarının sayı 250 mindən artıqdır. Dünyanın ən məşhur muzeyləri arasında ancaq Luvr, Qərbi Avropa və Şərq incəsənətinin inkişafı haqqında tam, dolğun məlumatla zəngin, yeganə muzeydir. Luvrda əsasən altı şöbə fəaliyyət göstərir.
Luvr muzeyinin ən məşhur arxitektura elementlərindən biri şüşə piramidadır. 1989-cu ildə çinli-amerikalı memar İeoh Ming Pei tərəfindən dizayn edilən bu piramida muzeyin əsas girişi kimi xidmət edir. Luvr muzeyi bu gün də bəşəriyyətin ən böyük mədəniyyət mərkəzlərindən biri olaraq qalır.

Paylaş

Spread the love