• qsmk@soyqirim.az
  • (023)336-37-07
Aprelin 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzi və Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarix Yerlər Gününə həsr olunmuş "Tarixi abidələrin qorunması, bərpası ənənəsinin davamı" mövzusunda tədbir keçirildi. / 19 Aprel, 2025
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru dosent Sübhan Talıblı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru dosent Rizvan Qarabağlı, Tahir Salahovun ev muzeyinin direktoru Səadət Mirzəyeva, Mədəniyyət Nazirliyinin əməkdaşı Zakir Quliyev, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə iştirakçılar Mərkəzin foyesində Soyqırımı Memorial Kompleksi tərəfindən hazırlanmış “Mədəni irsimiz: dünən bu gün – Qarabağ abidələri” adlı foto sərgi ilə tanış oldular.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış tədbirdə Ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir giriş sözü ilə Mərkəzin baş fond mühafizi Nigar Hüseynova açaraq qonaqları salamladı, Azərbaycan xalqının zəngin tarix-mədəni irsini qorumasının və təbliğinin əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərindən bəhs etdi.
Çıxış edən qonaqlar Zöhrab Cəfərov, Sübhan Talıblı, Rizvan Qarabağlı, Səadət Mirzəyeva çıxışlarında Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği və Azərbaycanın zəngin mədəni irsinin qorunması məqsədilə paytaxt Bakıda və bölgələrdə yerləşən onlarla tarix-mədəniyyət abidəsində bərpa-konservasiya və yenidənqurma sahəsində aparılan işlərdən söhbət açdılar.
Sonra “Qədim Azərbaycan abidələri” adlı videoçarx nümayiş olundu.

Paylaş

Spread the love