"Polşa Tarixi Muzeyi "

Polşa Tarixi Muzeyi Varşavada, qədim Varşava sitadelası kompleksində yerləşir. Muzey 28 sentyabr 2023-cü ildə açılmışdır və təxminən 44 000 m² sahəsi ilə Polşanın ən böyük muzeyidir. Bina Varşavanın WXCA adlı memarlıq studiyası tərəfindən layihələndirilmişdir və üç korpusdan: muzeyin əsas binası və Polşa Ordusu Muzeyinə aid iki əlavə binadan ibarətdir.
Muzey dünyada ən gözəl muzeylərdən biri kimi tanınıb. 2024-cü ildə , muzey dizaynı sahəsində göstərdiyi görkəmli nailiyyətlərə görə nüfuzlu Prix Versailles memarlıq mükafatına layiq görülüb. Layihə “bütün sahələrdə mükəmməlliyə” – memarlıq, dayanıqlı inkişaf və mədəni təsir baxımından – yüksək qiymətləndirilib.
Paylaş