• qsmk@soyqirim.az
  • (023)336-37-07
Əməkdar rəssam Adil Şıxəliyev "Mələklərin duası" adlı əsərini Soyqırımı Memorial Kompleksinə hədiyyə edib. / 21 May, 2025

Əməkdar rəssam Adil Şıxəliyevin Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə nümayiş olunan “Mələklərin fəryadı” adlı qobelen sərgisinin nümayişi 21.05.2025-ci il tarixində yekunlaşmışdır. Əsərlərin müəllifi olan əməkdar rəssam Adil Şıxəliyev “Mələklərin duası” adlı əsərini Soyqırımı Memorial Kompleksinə hədiyyə etmişdir. Qeyd edək ki, 2 ay ərzində davam edən, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Quba Soyqırımı Memorial Kompleksi tərəfindən birgə təşkil edilib. Bu müddət ərzində əsərlər 8 minə yaxın yerli və xarici ziyarətçilərə nümayiş olunub.

Paylaş

Spread the love