Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Bakı şəhərində “Konstitusiya və Suverenlik İli” və 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib. / 20 İyun, 2025
15-dək ölkədən olan ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların,vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində təcrübəli ekspertlər 19 iyun 2025-ci il tarixində Qubaya səfər ediblər. Səfər çərçivəsində Soyqırımı Memorial Kompleksini ziyarət edən Simpozium iştirakçıları ilk olaraq 1918- ci ildə soyqırıma məruz qalmış günahsız insanların xatirəsini əbədiləşdirilən abidə önünə ehtiram əlaməti olaraq gül dəstələri düzmüşlər. Daha sonra iştirakçılara 2007-ci ilin aprel ayında Quba şəhər stadionunda təmir-qazıntı işləri aparılarkən aşkar edilmiş kütləvi məzarlıq barədə, yerli dinc əhalinin 1918-ci ildə erməni daşnak-quldur dəstələri tərəfindən soyqırıma məruz qalması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli 673№-li sərəncamına əsasən, 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi” inşa edilməsi haqqında geniş məlumat verilmişdir.
Sonda ziyarətçilərə soyqırımı həqiqətlərini özündə əks etdirən müxtəlif dillərdə hazırlanmış çap məhsulları o cümlədən bukletlər təqdim edilmişdir.
Paylaş