• office@soyqirim.az
  • (023)335-37-07
09.04.2018-ci il tarixində Quba şəhərində " Soyqırımı Memorial Kompleksi"ndə rəsm sərgisi və şer müsabiqəsinin iştirakçıları mükafatlandırıldı. / 9 Aprel, 2018

28.03.2018-ci il tarixində Quba “Soyqırımı Memorial Kompleksi”ndə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi  və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar keçirilmiş rəsm sərgisi və şer müsabiqəsində iştirak edən şagirdlər, 09.04.2018-ci il tarixində Quba “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyi tərəfindən mükafatlandırıldılar.  Şagirdər ilk növbədə, erməni vəhşiliyinin əyani sübutu olan xatirə abidəni ziyarət etmişlər. Daha sonra Rayon Təhsil şöbəsinin metodisti Mehparə Rüstəmova müəllim və şagirdləri salamlayaraq, belə tarixi məzmunlu tədbirlərin əhəmiyyətindən   bəhs etdi. Sonda Kompleksin direktoru Rəxşəndə Bayramova  istedadlı şagirdlərə diplom, tərifnamələr və hədiyyələr    təqdim  edərək valideynlərə, müəllimlərə öz təşəkkürünü bildirdi və  işlərində uğurlar arzuladı.

 

Paylaş

Spread the love