Azərbaycan Respublikasının Dövlət bayrağı Günü / 9 Noyabr, 2025
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir.
Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti üçrəngli dövlət bayrağını qəbul etdi. Bu qərar, xalqın milli kimliyini, azadlıq idealını və müasir dövlətçilik düşüncəsini təcəssüm etdirən tarixi hadisə idi. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini: mavi-türkçülüyü, qırmızı-müasirliyi və yaşıl-islamı tərənnüm edir.
Müstəqillik illərindən sonra bu bayraq yenidən ölkənin üzərində dalğalanmağa başladı və Azərbaycan dövlətçiliyinin ayrılmaz rəmzinə çevrildi.
Bu gün hər il Azərbaycanın bütün bölgələrində üçrəngli bayraq qürurla ucaldılır — dövlətin suverenliyini, xalqın birliyini və azadlıq iradəsini xatırladır.
Dövlət Bayrağı Günü sadəcə bir tarixi anın deyil, həm də millətin kimliyinə və dövlətinə olan sədaqətinin rəmzidir.
Üç rəng bir millətin keçmişini, bu gününü və sabahını eyni anda daşıyır.
Paylaş