• qsmk@soyqirim.az
  • (023)336-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin və Nardaran Tarix-mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Korrupsiyasız, şəffaf gələcək naminə” adlı vebinar keçirilib. / 3 Dekabr, 2025

 

Giriş sözü ilə çıxış edən Kompleksin direktor müavini Mehriban Əliyeva korrupsiyaya qarşı mübarizənin cəmiyyətin hər bir üzvünün fəal iştirakı ilə mümkün olduğunu vurğulayaraq, bu kimi maarifləndirici tədbirlərin gənclərdə şəffaflıq və məsuliyyətlilik anlayışının formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib. Daha sonra Nardaran Tarix-mədəniyyət Qoruğunun əməkdaşı Aytən Əliyeva vebinar iştirakçılarına korrupsiyanın sosial təsirləri və onun qarşısının alınmasında maarifləndirmə işinin əhəmiyyətindən bəhs edərək, bu sahədə görülən tədbirlərin davamlı olmasının zəruriliyini diqqətə çatdırdı. Kompleksin əməkdaşı Ülkər Zeynalova isə mövzu ilə bağlı hüquqi maarifləndirmənin gücləndirilməsinin vacibliyini qeyd edərək, xüsusilə dövlət qurumları ilə vətəndaşlar arasında etimadın artırılmasına xidmət edən təşəbbüslərin əhəmiyyətini vurğuladı.
Vebinarda hər iki qoruğun ümumilikdə 20-ə yaxın əməkdaşı iştirak edib.

Paylaş

Spread the love