23.04.2018-ci il tarixində Şabran rayon Roman Yusifov adına 2№-li məktəb-liseyin müəllim və şagird heyəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində Quba “Soyqırımı Memorial Kompleksi”ndə vətənpərvərlik mövzüsünda tədbir təşkil etmişlər. Məktəblilər ilk öncə çiçəklər qoyaraq faciə qurbanlarının xatirəsini ehtiramla yad etdilər. Kompleksin bələdçisi İslam Aslanov tədbir iştirakçılarına erməni quldur dəstələrinin Azərbaycan torpaqlarında törətdikləri soyqırımları haqqında ətraflı məlumat vermişdir. Daha sonra giriş sözü ilə çıxış edən məktəbin direktoru Hüseynov Rafiq tədbirin əhəmiyyətindən danışaraq, belə tarixi məzmunlu söhbətlərin aparılmasının gənc nəslin milli şüurunun formalaşmasında, həmçinin xalqımızın tarixi həqiqətlərini dünyaya çatdırılmasında böyük rolu olduğunu qeyd etdi. Tədbirin sonunda soyqırım hadisələri haqqında sənədli film nümayiş olundu.