
16-17 aprel, 2026
Bakı şəhəri
“İPƏK YOLU, BU YOL ÜZƏRİNDƏKİ TÜRK XALQLARININ TARİXİ,
MƏDƏNİYYƏTİ VƏ İNCƏSƏNƏTİ” ADLI I BEYNƏLXALQ SİMPOZİUM
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birinci Türkoloji Qurultayın
100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən, yubiley çərçivəsində bir
sıra beynəlxalq elmi tədbirlər təşkil olunacaq. Həmin tədbirlərdən biri kimi 16–17 aprel
2026-cı il tarixlərində Bakı şəhərində “İpək Yolu, bu yol üzərindəki türk xalqlarının tarixi,
mədəniyyəti və incəsənəti” adlı I Beynəlxalq Simpozium keçiriləcəkdir.
İpək Yolu Şərq ilə Qərb arasında əsrlər boyu ticarət və mədəniyyət mübadiləsinin mərkəzi
olmuş, dünyanın ən qədim və ən mühüm ticarət yollarından biri olaraq tarixə keçmişdir. Bu
yolda ticarət məhsulları ilə yanaşı, ideyalar, biliklər və mədəniyyətlər də daşınmışdır. İpək
Yolu zaman-zaman müxtəlif xalqların, o cümlədən türk xalqlarının tarixi, mədəniyyəti və
incəsənətinin inkişafına böyük təsir göstərmişdir. Bu simpozium İpək Yolu üzərindəki Türk
xalqlarının irsini, tarixini, incəsənətini, mədəniyyətini və qarşılaşdıqları çətinlikləri
soyqırımı, deportasiya, eləcə də repressiyaları araşdırmağı qarşısına hədəf qoyur.
Simpoziumun məqsədi:
İpək Yolunun keçdiyi ərazilərdə yaşayan Türk xalqlarının tarixini və mədəniyyətini tanıtmaq;
İpək Yolu vasitəsilə Türk xalqlarının mədəniyyətinə təsir edən tarixi, sosial-iqtisadi və siyasi
amilləri öyrənmək;
Türk xalqlarının tarixi abidə və yerlərinin tanıdılması, qorunması və
təbliğinə dair müzakirələr aparmaq;
İpək Yolunun keçdiyi ərazilərdə yaşayan Türk xalqlarının üzləşdiyi soyqırımı, deportasiya və
repressiyaları araşdırmaq və bu mövzuların beynəlxalq aləmdə tanıdılmasına töhfə vermək;
Alim və tədqiqatçılar arasında təcrübə mübadiləsi və əməkdaşlıq qurmaq.
Tarix və məkan:
Tarix: 16-17 aprel 2026-cı il
Məkan: Bakı şəhəri
Məqalələrin göndərilməsi üçün son tarix 01.03.2026-cı il
Məqalələrin göndərilməsi üçün elektron poçt ünvanı:
simpozium2026@gmail.com
Kimlər iştirak edə bilər?
Arxeologiya, tarix, mədəniyyət, incəsənət üzrə alim və tədqiqatçılar, həmçinin qoruq,
muzey əməkdaşları
Simpoziumun mövzuları:
1. Arxeoloji irs, qayaüstü incəsənət və bu mövzuların etnoqrafik
kontekstdə öyrənilməsi
2. İpək Yolu və Türk xalqlarının tarixi
3. İpək Yolu: Türk sivilizasiyasının formalaşmasında tarixi və mədəni əlaqələr
4. Türk xalqlarının mədəni irsi, müasir dövrdə bu irsin öyrənilməsi və inkişafı, qlobal mədəniyyətə
təsiri
5. Türk xalqlarının tarixi abidələrinin qorunması, tədqiqi və təbliği
6. Türk xalqlarının yaşadığı ərazilərdə baş vermiş soyqırımı, deportasiya və
repressiya siyasəti: tarixi və hüquqi aspektlər
7. Müasir dövrdə türkdilli dövlətlər arasında mədəni inteqrasiya siyasəti və
Böyük İpək Yolu
8. Böyük İpək Yolu İrsi: qlobal mədəni dəyərlərin beynəlmilləşdirilməsi.
Simpozium materiallarının tərtibinə qoyulan tələblər:
Kağız ölçüsü
Şrift
A4
Times New Roman Şrift ölşüsü: 12 pt
Məqalələr üç dildə yazıla bilər
Sətirlərarası interval
Azərbaycan, rus və ingilis
1,15 sm
Abzas
Hər tərəfdən boş sahə
1,25 sm
2 sm
Mövzunun adı
Müəllifin adı, soyadı, ata adı ortadan, qalın
şriftlə
Ortadan, böyük hərflərlə, qalın şriftlə
İş yeri (təhsil müəssisəsi), şəhər, ölkə ortadan,
kursivlə E-poçt ünvanı ortadan, kursivlə
ORCID kodu
Açar sözlər
Ortadan, kursivlə
5-7 söz olmaqla Azərbaycan, ingilis və rus
dillərində
Xülasə
80-100 söz olmaqla Azərbaycan, ingilis və rus
dillərində
Mətn bölünməlidir:
Ədəbiyyat siyahısı
Xülasə, giriş, əsas hissə, müzakirə, nəticə
İstinadlar kvadrat mötərizədə Məs: [1. s.56]
Ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir
Hər müəllifdən yalnız bir məqalə qəbul ediləcək (tək və ya həmmüəllif olmaqla)
Elmi dərəcəsi olmayan müəlliflərin məqalələrinə elmi rəhbərin, mütəxəssisin (çalışdığı
müəssisənin rəhbərinin) və ya aidiyyəti sahə üzrə müəllimin rəyi əlavə edilməlidir. Bu rəy ayrı
bir səhifədə təqdim olunmalı, elmi rəhbərin və ya müəllimin əlaqə vasitələri və iş yeri
haqqında məlumatlar qeyd edilməlidir.
Göndərilən məqalələr antiplagiat sistemində yoxlanıldıqdan sonra Simpozium
materialları toplusunda dərc olunacaq.
Göstərilən tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək. Məqaləyə
görə müəlliflər məsuliyyət daşıyır.
Təşkilati Dəstək:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidməti
Qobustan Milli Tarix-Bədii Qoruğu
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Əlaqə:
Təşkilati məsələlər üzrə əlaqələndirici şəxslər
Əli Bayramov – Qobustan Milli Tarix-Bədii Qoruğunun direktor müavini
(+994777077770)
Xəyal Nuhbalayev – Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı
(+994558850036)
Elmi məsələlər üzrə əlaqələndirici şəxslər
Nazilə Məmmədova – Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı
(+994556797911)
Namiq Bağırlı – Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin
əməkdaşı (+994506097097)
Sevinc Şirinli – Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi (+994518583388)
Mətbuat və kommunikasiya üzrə məsul şəxs
Vəfa Hüseynova-Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi işçisi (0512411056)
Layihə rəhbəri: Vüqar İsayev, Rəxşəndə Bayramova
İdeya müəllifi: Vüqar İsayev, Rəxşəndə Bayramova
Baş elmi məsləhətçi: Anar İsgəndərov
Elmi katib: İradə Əliyeva
Ədəbi redaktor və korrektor: Namiq Bağırlı
Baş koordinator: Nazilə Məmmədova
Dizayn və texniki tərtibat: Mikayıl Sultanzadə
Simpoziumun elmi komitəsi:
1. Akademik Nərgiz Axundova (AMEA-nın həqiqi üzvü)
2. Professor, tarix elmləri doktoru Anar İsgəndərov Azərbaycan Milli Məclisin Elm və təhsil
komitəsinin sədri
3. Professor, tarix elmləri doktoru, Məryəm Seyidbəyli
4. Professor, tarix üzrə fəlsəfə doktoru, Hacı Həsənov
5. Professor, sənətşünaslıq elmləri doktoru Məryam Əli-zadə
6. Professor, xalq artisti Məmmədsəfa Qasımov
7. Professor, tarix elmləri doktoru Sevinc Əliyeva, Bakı Mühəndislik Universiteti
8. Prof. Dr. İbrahim Erdem Atnur, Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru
9. Professor Məlahət Fərəcova Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin
Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi
10. Professor Vəfa Qurban- Ege Universiteti, Türk dünyası Araştırmaları Enstitüsü, Türk
Dünyası Sosial Ekonomik ve Siyasal İlişkilər Anabilim dalı
11. Professor Selma Ünlü Yel –Gazi University, Gazi Facultyof Education, Department of
Elementary Education
12. Professor Danuta Chmielowska (Danuta Xmelovska) – Politoloq, Türkiyə tədqiqatları
üzrə mütəxəssis
13. Professor Lindita Xanari – Tirana Universitetinin Tarix və filologiya fakültəsinin müəllimi
14. Professor Melike Cummarutova – Daşkent Dövlət Universiteti
15. Professor Şohistohon Uljayeva – Daşkənd Suvarma və Kənd Təsərrüfatının
Mexanikləşdirilməsi üzrə Mühəndislər İnstitutu Humanitar elmlər kafedrasının müdiri
16. Professor İqor Viktoriviç Turisin – İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun
prezidenti. “Современная научная мысль” elmi jurnalının baş redaktoru
17. T.e.d. prof. Antella Muço – Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət
Cəmiyyətinin sədri,
18. T.e.d., prof. Xabutdinov Aydar Yureviç – Kazan Universiteti Tarix üzrə fəlsəfə doktoru
19. Tarix elmləri doktoru İradə Bağırova
20. Tarix elmləri doktoru Vaqif Abışov
21. Tarix elmləri doktoru Şirinbəy Əliyev, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti
22. Tarix elmləri doktoru Marina İmaşeva – Tatarıstan Respublikası Elmlər
Akademiyasının Ş. Mərjani adına Tarix İnstitutu
23. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva
24. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova
25. Tarix üzrə fəlsəfə doktoru, dosent Sona Məhərrəmova, Sumqayıt Dövlət
Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri
26. Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, Quba şəhərində “Soyqırımı Memorial
Kompleksi”nin direktoru
27. Tarix üzrə fəlsəfə doktoru, dosent İradə Əliyeva, AMEA A.A Bakıxanov adına Tarix və
Etnologiya İnstitutunun aparıcı elmi işçisi
28. Tarix üzrə fəlsəfə doktoru, dosent Kəmalə Nəcəfova, Bakı Dövlət Universitetinin Tarix
fakültəsinin elmi işlər üzrə dekan müavini
29. Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, AMEA-nın akademik Z.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba şəhərində “Soyqırımı Memorial
Kompleksi”nin mütəxəssisi
30. Tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova Milli Azərbaycan Tarixi Muzeyinin elmi
katibi, Azərbaycan Kooperasiya Universitetinin baş müəllimi
31. Tarix üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva, Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi katibi
32. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundova-Talıblı, Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü
33. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Qafarova, Azərbaycan Respublikası Turizm və
Menecment Universitetinin İctimai fənlər kafedrasının müdiri
34. Tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev Bakı Mühəndislik Universitetinin baş müəllimi
35. Tarix üzrə fəlsəfə doktoru Aidə İsmayılova Milli Azərbaycan Tarixi Muzeyinin
böyük elmi işçisi, ADMİU-nun müəllimi
36. Filologiya üzrə fəlsəfə doktoru Aysel Şeydayeva, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Quba filialının müəllimi
37. Fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva, Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin Muzeyşünaslıq və fond işi üzrə direktor müavini
38. Tarix üzrə fəlsəfə doktoru Günay Həsənova, Qərbi Kaspi Universitetinin müəllimi
39. Tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev, Milli Azərbaycan Tarixi Muzeyinin
Arxeologiya Elmi Fond Şöbəsinin böyük elmi işçisi, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Quba filialının Ümumi tarix və tarixin tədrisi
texnologiyası kafedrasının baş müəllimi
40. Kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva, Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr və dünya muzeyləri
şöbəsinin müdiri
41. Tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva, Pedaqoji Universitetin Quba filialının
Humanitar elmlər kafedrasının baş müəllimi
42. Filologiya üzrə fəlsəfə doktoru Məleykə Məmmədova, AMEA folklor İnstitutunun
aparıcı elmi işçisi
43. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənova, Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin Ədəbi salnamə, bədii-sənədli kinoxroniklər şöbəsinin
müdiri
44. Tarix üzrə fəlsəfə doktoru Aytən Əsədova, Sumqayıt Dövlət Universitetinin müəllimi
45. Əhməd Tarabek – Misirdə yerləşən Türk araşdırmaları mərkəzinin əməkdaşı
46. Tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov, AMEA Arxeologiya və Antropologiya
İnstitutunun “İlk Tunc Dövrü Arxeologiyası” şöbəsinin müdiri