Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq Quba şəhərində “Soyqırımı Memorial Kompleksin”də Ustad dərsi təşkil edilib. / 20 Fevral, 2026
Əvvəlcə vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ustad dərsinin açılışında Soyqırımı Memorial Kompleksinin direktoru Dr. Rəxşəndə Bayramova çıxış edərək Xocalı hadisələrinin tarixi əhəmiyyətini vurğulayaraq hadisə zamanı 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın xüsusi qəddarlıqla qətlə yetirildiyini, 1275 nəfərin girov kimi götürüldüyünü və onların taleyinin uzun illər naməlum qaldığını diqqətə çatdırmışdır.
Daha sonra professor Hacı Həsənov Xocalı soyqırımının yalnız Azərbaycan üçün deyil, bütün insanlıq üçün böyük bir faciə, cinayət olduğunu bildirdi. Ustad qeyd etdi ki, Xocalı Soyqırımı erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri məqsədyönlü etnik təmizləmə siyasətinin ən qanlı və dəhşətli nümunələrindən biridir. Bu faciə yalnız Azərbaycan xalqı üçün deyil, ümumilikdə bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət kimi qiymətləndirilməlidir. Həmçinin o da bildirildi ki, məhz Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımı dünyada tanıdılmışdır və bu gün onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən diplomatik və hüquqi tədbirlər atılmaqdadır.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
Paylaş