• qsmk@soyqirim.az
  • (023)336-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “Azərbaycanlılara qarşı törədilmiş soyqırımlar” mövzusunda vebinar keçirilib. / 24 Fevral, 2026

Tədbiri giriş nitqi ilə açan Kompleksin direktor müavini Mehriban Əliyeva çıxışında bildirib ki, Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə törədilmiş soyqırımı siyasəti təkcə tarixi fakt deyil, həm də sistemli şəkildə həyata keçirilmiş etnik təmizləmə və məhv etmə strategiyasının tərkib hissəsidir. O qeyd edib ki, bu cinayətlərin araşdırılması, sənədləşdirilməsi və elmi əsaslarla təqdim olunması həm milli yaddaşın qorunması, həm də beynəlxalq hüquqi-siyasi müstəvidə həqiqətlərin müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra çıxış edən Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Dr. Odər Əlizadə mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. O, arxiv sənədləri və tarixi mənbələr əsasında Azərbaycanlılara qarşı həyata keçirilmiş kütləvi qırğınların siyasi və ideoloji əsaslarını təhlil edib, bu hadisələrin regionun demoqrafik və sosial inkişafına təsirindən bəhs edib.
Vebinarda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan qoruqların ümumilikdə 30-a yaxın əməkdaşı iştirak edib.

Paylaş

Spread the love