• office@soyqirim.az
  • (023)335-37-07
Bir neçə xarici ölkənin hərbi zabitləri və onları müşaiyət edən Müdafiə Nazirliyinin əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə. / 24 Aprel, 2018

24.04.2018-ci ildə Qubada səfərdə olan bir neçə xarici ölkənin hərbi zabitləri və onları müşaiyət edən Müdafiə Nazirliyinin əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarət zamanı faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar. Daha sonra qonaqları Kompleksin direktoru Rəxşəndə Bayramova salamlayaraq 1918-ci ildə Azərbaycanda erməni  silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələri haqqında məlumat vermişdir. Sonda qonaqlara soyqırım hadisələrini əks etdirən kitab və bukletlər təqdim edilmişdir.

Paylaş

Spread the love