• qsmk@soyqirim.az
  • (023)336-37-07
1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımların 108-ci ildönümü ərəfəsində anım tədbiri keçirilmişdir. Tədbir “Soyqırımı Memorial Kompleksi” ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə baş tutmuşdur. / 30 Mart, 2026

 

Tədbirdən öncə universitetin direktoru və əməkdaşları 1918-ci il qurbanlarının dəfn olunduğu abidəni ziyarət edərək xatirələrini ehtiramla yad etmiş, abidə üzərinə gül dəstələri düzmüşlər. Ardınca iştirakçılar Soyqırımı Muzeyini ziyarət edərək həmin dövrün faciəvi hadisələrini əks etdirən eksponatlarla tanış olmuşlar.
Daha sonra tədbir rəsmi hissə ilə davam etmişdir. Tədbir iştirakçıları əvvəlcə 1918-ci il soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva çıxış edərək 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı siyasətinin tarixi mahiyyətindən danışmış, bu hadisələrin yalnız milli deyil, ümumbəşəri faciə olduğunu vurğulamışdır.
Daha sonra ADPU-nun Şamaxı filialının direktoru Tənzilə Yusifova çıxış edərək tələbələrin və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində belə anım mərasimlərinin mühüm rol oynadığını bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, Azərbaycan xalqının üzləşdiyi faciələrin öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması hər bir ziyalının borcudur.
Tədbirin sonunda Soyqırımı Memorial Kompleksi tərəfindən Şamaxı soyqırımlarının baş verdiyi məkanları özündə əks etdirən xəritə-kitabça tədbir iştirakçılarına təqdim olunmuşdur.

Paylaş

Spread the love