• qsmk@soyqirim.az
  • (023)336-37-07
1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımların 108-ci ildönümü ərəfəsində Gənclərin İnkişaf və Karyera Mərkəzi, "ASAN Könüllüləri " Təşkilatının Quba regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. / 30 Mart, 2026
Tədbirdən öncə iştirakçılar 1918-ci il qurbanlarının dəfn olunduğu abidəni ziyarət edərək xatirələrini ehtiramla yad etmiş, abidə üzərinə gül dəstələri düzmüşlər. Daha sonra iştirakçılar Soyqırımı Muzeyini ziyarət edərək faciənin izlərini əks etdirən materiallarla yaxından tanış olmuşlar.
Ardınca tədbirin rəsmi hissəsi başlamışdır.
Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva çıxış edərək Quba məzarlığında aparılmış arxeoloji tədqiqatların nəticələrindən, aşkar edilmiş kütləvi məzarlıqların tarixi əhəmiyyətindən və bu faktların beynəlxalq elmi ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən danışmışdır. O həmçinin qeyd etmişdir ki, bu istiqamətdə aparılan araşdırmalar tariximizin obyektiv şəkildə təqdim olunmasına mühüm töhfə verir.
Daha sonra “ASAN Könüllüləri ” Təşkilatının Quba regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi çıxış edərək gənclərin tarix və irs mövzusunda araşdırmalara cəlb olunmasının vacibliyini vurğulamış, bu cür tədbirlərin onların tədqiqat bacarıqlarının inkişafına və sosial fəallığının artırılmasına xidmət etdiyini bildirmişdir.

Paylaş

Spread the love