• office@soyqirim.az
  • (023)335-37-07
“18 May Beynəlxalq Muzeylər Günü” Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə qeyd edildi. / 18 May, 2018

Beynəlxalq Muzeylər Günü  xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Həmin gün Respublikanın bütün  muzeylərində  peşə bayramı qeyd edilir. 18.05.2018- ci il tarixində Azərbaycan Xalq Cümhüriyyətinin 100 illiyi ərəfəsində  Quba “Soyqırımı Memorial Kompleksi”ndə  18 May Beynəlxalq Müzeylər Günü qeyd edilmişdir. Kompleksə gələn tələbələr, məktəblilər yerli və əcnəbi ziyarətçilərə, soyqırımla bağlı verilmiş məlumatlar əsasında viktorina təşkil edilmişdir. Sualları doğru cavablandıran fəal ziyarətçilərə Kompleksin əməkdaşları tərəfindən kitab, buklet və hədiyyələr təqdim olunmuşdur.

Paylaş

Spread the love