• qsmk@soyqirim.az
  • (023)336-37-07
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin birgə əməkdaşlığı çərçivəsində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə “Virtual sərgilər və müasir təqdimat” adlı onlayn konfrans təşkil olunub. / 16 May, 2026
Konfransda muzey və qoruqlarda müasir texnologiyaların tətbiqi, virtual sərgilərin təşkili və rəqəmsal təqdimat üsulları barədə fikir mübadiləsi aparılıb. Tədbirdə Əməkdar müəllim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Nəzirə Əliyeva, eləcə də Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak ediblər.
Çıxışlarda mədəni irsin qorunması və təbliğində rəqəmsal texnologiyaların rolu, virtual sərgilərin əhəmiyyəti və innovativ təqdimat üsulları xüsusi vurğulanıb. Tədbir qarşılıqlı müzakirələrlə davam edib.

 

Paylaş

--->
[lgxlogoslider id="10212"]