Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun əməkdaşları Quba rayonuna səfər ediblər. Nümayəndə heyətinə Özbəkistan Mədəniyyət Araşdırmaları və Qeyri-Maddi Mədəni İrs İnstitutunun (ICRICH) elmi və innovasiya fəaliyyəti üzrə direktor müavini Dr. Iroda A. Dadadcanova rəhbərlik edib. Səfər çərçivəsində qonaqlar rayonun tarixi və mədəniyyət abidələri ilə yaxından tanış olublar. / 19 May, 2026
Qonaqlara Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı İslam Aslanov bələdçilik edib. O, nümayəndə heyətinə rayonun tarixi, mədəni irsi və görməli məkanları barədə ətraflı məlumat verib.
Paylaş