• qsmk@soyqirim.az
  • (023)336-37-07
Tarix-mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görüş keçirilib / 5 İyun, 2026
Mədəniyyət  Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət  Xidmətinin idarəetməsində olan tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, göstərilən mədəni xidmətlərin keyfiyyətinin artırılması və “irs Dostu” könüllü proqramı çərçivəsində könüllülərin cəlb edilməsinə dair görüş keçirilib.
Görüşdə Dövlət Xidmətinin rəis müavini Ayaz Müseyibov tarix-mədəniyyət qoruqlarının idarə olunmasının təkmilləşdirilməsi, mədəni irsin qorunması və bu sahədə ictimai iştirakçılığın artırılmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, tarix-mədəniyyət qoruqlarının inkişafı üçün investisiyaların cəlb edilməsi məqsədilə xüsusi proqramın hazırlandığını qeyd edib.
Görüşdə qoruqların inkişafı ilə bağlı görüləcək işlər və könüllü proqramının icrasının təmin edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Paylaş

--->
[lgxlogoslider id="10212"]