• office@soyqirim.az
  • (023)335-37-07
Soyqırımı Memorial Kompleksinin əməkdaşları “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfransında. / 26 Aprel, 2018

Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq təşkil edilən beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə 25-29 aprel 2018-ci il tarixində  Qusarda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda  V Beynəlxalq elmi konfrans keçirilmidir.  Konfransın Azərbaycanla yanaşı, Türkiyə, Rusiya Federasiyası və onun müxtəlif subyektlərindən, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan olan  görkəmli tarixçiləri iştirak etmişlər.

Konfransda iştirak edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə Bayramova “Quba qəzasında Soyqırımın həyata keçirilməsi və onun nəticələri”  adlı məqalə ilə çıxış etmişdir.

 

Paylaş

Spread the love