Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya iştirakçıları Quba şəhərində səfərdə olublar.Səfər çərçivəsində, 15-16 noyabr 2018-ci il tarixində Ağcabədi, Beyləqan, Laçın, Xocavənd, Ağdam, Tərtər, Naftalan, Bərdə və Goranboy rayonlarının məktəbliləri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər Kompleksin bələdçiləri məktəblilərə XX əsrin əvvəllərində Azərbaycan torpaqlarında cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı hadisələri və muzeyin ekspozisiyalarında əks olunmuş Bakı, Şamaxı, Göyçay, Cavad, Quba və digər qəzalarda kütləvi surətdə qətlə yetirilmiş insanların, dağıdılıb məhv edilmiş kəndlərin, milli mədəniyyət abidələrinin foto şəkilləri və sənədləri haqqında ətraflı məlumat vermişlər.