• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Tarixi filmlər” günü proqramı çərçivəsində sənədli və bədii filmlərin nümayişi başlanıldı. / 29 Oktyabr, 2018

Soyqırımı Memorial Kompleksin rəhbərliyinin təşəbbüsü ilə payız-qış aylarında daha çox ziyarətçilərin cəlb edilməsi, məktəblilər və gənclərin vətənpərvərlik hisslərinin formalaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə tarixi mövzularda sənədli və bədii filmlərin nümayişi qərara alınmışdır. “Tarixi filmlər” günü layihəsi çərçivəsində filmlərin nümayişi noyabrın 1-dən fevral ayının 28-nədək həftənin cümə günləri saat 15.00-dan 17.00-a qədər muzeyin zalında nəzərdə tutulmuşdur. Filmlərin siyahısı tərtib edilmişdir və əlavə olaraq fərdi təkliflər nəzərə alınır.

Qeyd; iştirak ödənişsizdir və 7-23 yaş arası gənclər üçün təşkil olunur

Paylaş

Spread the love