• office@soyqirim.az
  • (023)335-37-07
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilər Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. / 19 Noyabr, 2018

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində şimal bölgəsinə səfər edən Ismayıllı, Qəbələ, Şamaxı, Şəki, Oğuz, Agsu, Yevlax, Göycay və Qobustan rayonlarının məktəbliləri Quba rayonunun görməli və tarixi yerləri ilə tanış olmuşlar. Səfər çərçivəsində 19-20 noyabr 2018-ci il tarixlərində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarət zamanı Kompleksin əməkdaşları Quba soyqırımı məzarlığının 2007-ci il aprel ayında ərazidə torpaq işləri görülərkən aşkar edilməsi və erməni vandallarının Azərbaycan torpaqlarında törətdikləri soyqırımları haqqında ətraflı məlumat vermişlər. Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılmış və tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir. Sonda məktəblilər faciə qurbanlarının xatirəsinə ucaldılan abidə önünə gül dəstələri qoymuşlar.

Paylaş

Spread the love