• office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Ulu Öndərin xatirə günləri çərçivəsində xüsusi layihə həyata keçirildi. / 6 Dekabr, 2018

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Kompleksin 15-dən yuxarı  əməkdaşı 06.12.2018-ci il tarixində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasına həsr edilmiş xatirə günləri çərçivəsində Fəxri Xiyabanını ziyarət etmişlər.  İlk öncə Ulu öndərin məzarı üstə  tər gül dəstələri qoymuş və müdrik dövlət xadiminə Allahdan rəhmət diləmişlər.  Ziyarət zamanı  Kompleksin direktoru Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə  Bayramova Ulu Öndərin  məzarı önündə  nitq söyləyərək bildirmişdi ki, Müasir Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi olmuşdur.  Bu dahi şəxsiyyət tarixi yazan və yaradan,  onu yönəltməyi bacaran, dövlət idarəçiliyi və siyasi fəaliyyəti nadir olan fövqəlbəşər  insan idi.Sonda Kompleks əməkdaşları görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər.

 

Paylaş

Spread the love