Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları 17. 02. 2019-cu il tarixində Qubada səfərdə olmuşlar. Qış Məktəbinin Azərbaycan, Gürcüstan, Çexiya, Almaniya, Serbiya, Hindistan, Bosniya və Herseqovina, Avstriya, Yaponiya, İspaniya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya, Bolqarıstan, San Tome və Prinsipi Demokratik Respublikası, Braziliyadan olan tələbələr Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” ni də ziyarət etmişlər. Kompleksin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova qonaqları salamlayaraq, 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən azərbaycanlılara, o cümlədən azərbaycanda yaşayan digər xalqların nümayəndələrinə qarşı törətdikləri bəşəri cinayətləri haqqında ətraflı məlumat vermişdir.
Daha sonra Kompleksin bələdçisiı muzeydə olan Quba soyqırımına aid ayrı – ayrı tarixi sənədlər, eksponatlar haqqında məlumat verərək, ziyarətçiləri maraqlandıran sualları cavablandırmışlar. Sonda ziyarətçilərə erməni vəhşiliklərini əks etdirən bukletlər təqdim olunmuşdur.