• office@soyqirim.az
  • (023)335-37-07
Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə. / 19 Fevral, 2019

 

19.02.2019-cu il tarixində Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin təşəbbüsü, Bakı şəhəri Nərimanov rayonu 7 №-li Rabitə və Infarmasiya Texnologiyalari ùzrə Bakı Dòvlət Peşə Təhsil Mərkəzinin müəllim və şagird kollektivinin iştirakı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə tədbir keçirilmişdir. “Tarixə səyahət” adlı tədbirin təşkilində əsas məqsəd gənclərin, o cümlədən məktəblilərin 1918-ci il mart-aprel hadisələri, erməni vəhşilikləri haqqında məlumatlılıq səviyyəsini artırmaq, onların xalqımızın tarıxınə, vətənin taleyinə məsuliyyətli bir vətəndaş kimi formalaşmasına dəstək olmaqdır. Çıxış edənlər 1918-ci il azərbaycanlıların soyqırımı haqqında ictimaiyyətin, xüsusən gənclərin maarifləndirilməsi hər birimizin müqəddəs borcundan, gənclərimizin beynəlxalq tədbirlərdə erməni yalanına cavab olaraq gerçək tarixi faktları açıqlamaq üçün məlumatlı, bilikli olmaları və ən vacibi isə onlar arasında qanlı tarixi keçmişimizə hörmət hisslərini aşılayıb, faciələrimizi unudulmasının qarşısını alınmasından söhbət açılmışdır. Tədbirin sonunda soyqırım hadisələrini əks etdirən sənədli film nümayiş olunmuşdur.

Paylaş

Spread the love