• office@soyqirim.az
  • (023)335-37-07
“31 Mart Azərbaycanlıların Soyqırımı” adlı layihə Nemət Məmmədəliyev adına Qusar şəhər 3 № li tam orta məktəbində reallaşdı. / 1 Mart, 2019

Soyqırımı Memorial Kompleksinin rəhbərliyinin təşəbbüsü ilə ümumtəhsil müəssisələrində həyata keçirilməsi nəzərədə tutulan “31 Mart Azərbaycanlıların Soyqırımı” (2018-2023-cü illər ) adlı layihəyə əsasən silsilə tədbirlərin davamı olaraq növbəti tədbir 28.02.2019-cu il tarixində Nemət Məmmədəliyev adına Qusar şəhər 3 № li tam orta məktəbində reallaşdı. Məktəbin rəhbərliyi, həmçinin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə “Tariximizi unutmayaq!” şüarı altında çıxışlar səsləndi.
Məruzə ilə çıxış edən Kompleksin direktor müavini Mehriban Əliyeva son 2 əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətindən danışaraq bu məzmunda təbliğat xarakterli tədbirlərin keçirilməsinin vacibliyinini qeyd etmişdir.
Daha sonra Kompleksin Elmi şöbəsinin müdiri Lətafət Beybutova 1918-ci ildə ermənilərin Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri soyqırımlardan, bu vəhşiliklərin xalqın qan yaddaşında iz buraxmasından və Azərbaycan xalqını bir millət kimi yer üzündən tamamilə silmək kimi iyrənc niyyətlərindən ətraflı məlumat vermişdir.
Məktəbin müəllimi Ələsgərova Sevinc Kompleksin əməkdaşlarını salamlayaraq təşkil olunan tədbirin keçirilməsinin mühüm addım olduğunu və bu unudulmaz tarixin hər bir azərbaycanlı üçün qan yaddaşı olduğunu vurğulamışdır.
Məktəbin rəhbərliyinə soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim olunduqdan sonra müəllim və şagirdlərə Quba Soyqırımı ilə bağlı sənədli film nümayiş olunmuşdur.

Paylaş

Spread the love