• office@soyqirim.az
  • (023)335-37-07
“31 Mart Azərbaycanlıların Soyqırımı” layihəsi çərçivəsində növbəti tədbir Qusar şəhər 4 № li tam orta məktəbində keçirildi. / 4 Mart, 2019

5 il ərzində həyata keçiriləcək “31 Mart Azərbaycanlıların soyqırımı” (2018-2023) layihəsi çərçivəsində 04.03.2019-cu il tarixində Qusar şəhər 4 N-li tam orta məktəbinin rəhbərliyi, müəllim və şagird kollektivinin iştirakı ilə “Tarixin həqiqətləri” vətənpərvərlik mövzusunda tədbir təşkil edilmişdir.
Məruzə ilə çıxış edən Kompleksin direktor müavini Mehriban Əliyeva tədbir iştirakçılarını salamlayaraq, Kompleks rəhbərliyinin təşəbbüsü ilə təşkil edilmiş tədbirin əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin çətin bir şəraitdə fəaliyyətindən və 1918-ci ilin mart-aprel aylarında erməni quldur dəstələrinin Azərbaycan torpaqlarında, o cümlədən Quba qəzasında törətdikləri insanlığa sığmayan bəşəri cinayətləri haqqında məlumat vermişdir.
Daha sonra Kompleksin Elmi şöbəsinin müdiri Lətafət Beybutova tarixin qanlı səhifələrindən olan 31 mart soyqırımı faktlarından, tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində işlərin görülməsindən danışaraq qeyd etdi ki, hər bir azərbaycanlı şərəfli tariximizlə yanaşı, mənfur düşmənimiz olan erməni vandallarının törətdikləri vəhşiliklərini dünyaya çatdırılmasında çalışmalı və bu sahədə əlindən gələn köməkliyi əsirgəməməlidirlər.
Məktəbin tarix müəllimi Rail Kazımov çıxışında təşkil olunan tədbirin keçirilməsinin mühüm addım olduğunu və bu unudulmaz tarixin hər bir azərbaycanlı üçün qan yaddaşı olduğunu vurğulamışdır.
Məktəbin rəhbərliyinə soyqırım hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim edildikdən sonra “Quba Soyqırımı” sənədli filmi nümayiş olunmuşdur.

Paylaş

Spread the love