• qsmk@soyqirim.az
  • (023)336-37-07
Özbəkistanlı jurnalistlər Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” ni ziyarət etmişlər. / 25 Mart, 2019

25.03.2019-cu il tarixində Özbəkistanın aparıcı media nümayəndələri, televiziya kanallarının jurnalistlərinin bölgəyə səfəri çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarət zamanı özbəkistanlı media nümayəndələrinə 1918-ci ildə erməni vandallarının Azərbaycan torpaqlarında yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımları haqqında ətraflı məlumat verilmiş və diqqətə çatdırılmişdır ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanmışdır. Daha sonra Kompleksin əməkdaşları qonaqlari maraqlandıran məsələlərlə bağlı sualları cavablandırmış və sonda Soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim edilmişdir.

Paylaş

--->
[lgxlogoslider id="10212"]